Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
22 Fevral , 2018

 Mərkəzi Kitabxanada Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar “ Yaddaşlardan silinməyən faciə” adlı anım günü keçirilmışdir. Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmış Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev açmış və şəhidlərimizi ruhu bir dəqiqəlik sükutla yad edilmışdir.

        Mərkəzi Kitabxananın oxuculara xidmət şöbəsinin müdiri İlhamə İmanovanın “Bu qan yerdə qalmayacaq”,   baş biblioqraf  Kəmalə Quliyevanın   “ Xocalıya ədalət” ,   uşaq şöbəsinin müdiri Alma Cəfərovanın “ Xocalı harayı” məruzələri dinlənilmişdir.

        Tədbirdə 21 saylı tam orta məktəbin şagirdlərinin ifasında Xocalı faciəsinə həsr olunmuş “ “Xocalı”  adlı ədəbi-bədii kompazisiya təqdim edilmışdir. Mərkəzi Kitabxanada keçirilən tədbirlərdə   fəal iştirak etdikləırinə görə 21 saylı tam orta məktəbin  şagirdləri- Xanlarova Arzu, İsmayılov Kamran , Vəliyeva Xanım, Cabbarlı Nurcan, Həşimli Mirəmiral fəxri fərmanla təltif olunmuşlar.

        Tədbir iştirakçıları sonda “ Yaddaşlardan silinməyən faciə “ adlı kitab sərgisi ilə tanış olmuşlar.