Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
21 Fevral , 2018

Şirvan şəhər Mərkəzi Kitabxananın əməkdaşları İlhamə İmanova və Alma Cəfərova şəhər 21 nömrəli tam orta məktəbdə Kitabsevər uşaqlar layihəsinin təqdimatını keçirmişlər.  Uşaq ədəbiyyatının təbliğ olunması məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış "Kitabsevər Uşaqlar" rəsmi səhifəsi haqqında şagird və müəllimlərə ətraflı  məlumat verilmişdir. “Kitabsevər uşaqlar” layihəsinin keçirdiyi müsabiqə haqqında da məktəblilər məlumatlandırılmış  və bu müsabiqədə onlara fəal iştirak etmək tövsiyə olunmuşdur. Müsabiqədə iştirak etmək üçün qaydalar şagirdlərin diqqətinə çatdırılmışdır.