Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
20 Fevral , 2018

Şirvan şəhər 21 nömrəli tam orta məktəbdə  “21 fevral Beynəlxalq Ana dili günü” münasibətilə Şirvan şəhər Mərkəzi Kitabxanası və və Şirvan şəhər 21 nömrəli tam orta məktəb ilə birgə  “ Ana dilim şirindir” mövzusunda ədəbi-bədii kompozisiya keçirilmişdir. Tədbiri giriş sözü ilə 21 nömrəli tam orta məktəbin müəllimi Nazilə Tağızadə açmışdır. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra 21 nömrəli məktəbin şagirdlərinin ifasında 21 fevral Beynəlxalq Ana dili gününə həsr olunmuş Emin Sabitoğlunun “Şirin dil” mahnısı, Tofiq Bayramın “Ana dilim” şeri və s. şerlər və mahnılar səsləndirilmişdir.

Tədbirdə Mərkəzi Kitabxananın oxuculara xidmət şöbəsinin müdiri İlhamə İmanovanın “21 fevral Beynəlxalq Ana dili gününün tarixi”, Mərkəzi Kitabxananın uşaq şöbəsinin müdiri Alma Cəfərovanın “Ana dili milli varlığımızdır” mövzularında məruzələri dinlənilmişdir.