Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
5 Fevral , 2018

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycanın görkəmli bəstəkarı Elza Ibrahimovaun 80 illik   yubileyi münasibətilə Şirvan şəhər Mərkəzi Kitabxanasının əməkdaşları:  oxuculara xidmət şöbəsinin müdiri İlhamə İmanova, İnformasiya-resurs şöbəsinin müdiri Mehriban Alxasova Şirvan şəhər Uşaq  Musiqi Məktəbində səyyar kitab sərgisi təşkil etmişlər. Sərgidə bəstəkarın əsərləri  və onun haqqında yazılan kitabların nümayişi musiqi məktəbinin  müəllim və şagird kollektivinin marağına səbəb olmuşdur. Kitabxananın əməkdaşları bəstəkarın kitabxananın fondunda olan  kitabları haqqında müəllim və şagirdlərə məlumat vermişlər.