Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
7 Fevral , 2018

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının (1988- 2010) 30 illiyi münasibətilə Heydər Əliyev Mərkəzində Mərkəzi Kitabxana və Heydər Əliyev mərkəzinin birgə təşkilatçılığı ilə   tədbir keçirilmışdir. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.  

            Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyevanın “ Mübariz İbrahimovun həyatı”, Bibixanım Şükürlülünün “ Milli qəhrəmanlarımız”, Mərkəzi Kitabxananın oxuculara xidmət şöbəsinin müdiri İlhamə İmanovanın “Kitabxanalarda Milli Qəhrəmanlarımızın təbliği” mövzularında məruzələri dinlənilmişdir.

            Şirvan şəhər Uşaq Musiqi məktəbinin şagirdlərinin ifasında “İgid əsgər” , “ Cənab leytenant” musiqiləri səsləndirilmiş, Mübariz İbrahimov haqqında sənədlı film nümayiş olunmuşdur.