Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Elanlar
30 Yanvar , 2018

“ Nəsimi poeziyası “

/müsabiqə/

  Azərbaycan Respublikasının Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin tapşırığına əsasən şəhər (rayon) mərkəzi kitabxanalarında ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük mütəfəkkiri və şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan respublika üzrə uşaq və məktəblilər arasında “ Nəsimi poeziyası “ qiraət müsabiqəsi keçiriləcəkdir.

        Müsabiqənin I turunun ilk mərhgələsi 2018-ci il yanvar-mart aylarında şəhər ( rayon) mərkəzi kitabxanalarında təşkil olunmalıdı. İlk turda hər MKS üzrə cəmi 1 nəfər qalib seçilməli və qaliblər müsabiqənin ikinci mərhələsində iştirak etməlıidir.

        Müsabiqənin ikinci mərhələsi cari ilin aprel ayında Bakı şəhəri və 15 regional mərkəz üzrə hər bir şəhər ( rayon) üzrə qalıb gəlmiş bədii qiraətçilər arasında təşkil olunmalıdır. Bu mərhələdə idarələrin müəyyən etdiyi münsiflər heyəti tərəfindən hər region üzrə 2 qalib seçilməlidir.

         Müsabiqənin II turunun cari ilin may ayında Bakı şəhərində təşkil olunacaq. Bu turda nazirliyin müəyyən etdiyi müsiflər heyəti tərəfindən seçilən qaliblər xüsusi hədiyyələr və nazirliyin diplomları ilə təltif olunacaqlar.

        Şirvan şəhər Mərkəzi kitabxanası da müsabiqəyə başlamışdır.

    Elan

 Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin tapşırığına əsasən  şəhər (rayon) mərkəzi kitabxanalarında respublika üzrə uşaq və məktəblilər arasında “ Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi  keçiriləcəkdir.

Bu məqsədlə Şirvan şəhər Mərkəzi Kitabxanası Şirvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında müsabiqə elan edir.

                                                                          Bütün maraqlananlar dəvət olunur