Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
17 Yanvar , 2018

Şirvan şəhər Mərkəzi Kitabxanasında 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar “Qanla yazılan tarix” adlı tədbir keçirlmişdir. Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev açmışdır. Azərbaycan Respublikasının dövlət himni səslənmiş, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərkəzi Kitabxananın xidmət şöbəsinin müdiri İlhamə İmanovanın “20 Yanvar faciəsi”, baş biblioqraf  Kəmalə İsayevanın “Qəhrəmanlıq sahifəsi”, oxu zalının müdiri Yeganə Nağdəliyevanın “Bu qan yerdə qalmayacaq”, 9 nömrəli tam orta məktəbin ədəbiyyat müəllimi Sevinc Zülfüqarovanın, “20 Yanvar hadisələri ədəbiyyatımızda” mövzularında məruzələri dinlənilmişdir. Tədbir iştirakçıları 20 Yanvar hadisələrindən bəhs edən sənədli filmə baxmışlar. İştirakçılara 9 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olunmuşdur. Tədbir iştirakçıları “Qanlı yanvar” adlı kitab sərgisi ilə də tanış olmuşlar.