Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
5 Yanvar , 2018

Sabirabad rayon Həşimxanlı kənd tam orta məktəbi tərəfindən Şirvan şəhər Mərkəzi Kitabxanasına ekskursiya təşkil olunmuşdur. Məktəbin şagird və müəllimlərindən bir qrupu kitabxananın fondları, sərgiləri, iş prinsipi, oxuculara xidmət üsulları, həmçinin, qiraət zalı, abonement, uşaq şöbəsi, kiçik yaşlı oxucular üçün nəzərdə tutulmuş “Nağıl otağı”və  uşaqların əl işləri ilə tanış olmuşlar.

         Oxucularda, xüsusən, uşaq, yeniyetmə və gənclərdə kitaba, mütaliəyə maraq oyatmaq məqsədilə Şirvan şəhər Mərkəzi Kitabxanasında müxtəlif  tədbirlər həyata keçirilir. Kitabxana əməkdaşlarının müxtəlif idarə, müəssisə və təşkilatlarda, o cümlədən məktəblərdə təşkil etdikləri mütaliə həftələri bu cəhətdən çox səmərəli olmuşdur. Şagirdlərin kitabxanaya ekskursiyası bu istiqamətdə atılmış növbəti addımlardan biridir.