Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
5 Dekabr , 2017

Böyük Azərbaycan şairi Hüseyn Cavidin anadan olmasının 135 illiyi münasıbətilə Şirvan şəhər Mərkəzi Kitabxanasında tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev açmışdır. Mərkəzi Kitabxananın əməkdaşları  İlhamə İmanovanın “Hüseyn Cavidin həyatı”  , Nəsibə Təhməzovanın “Hüseyn Cavidin yaradıcılığı” mövzularında  məruzələri dinlənilmişdir.

          Tədbirin bədii hissəsində iştirakçılara 9 saylı tam orta məktəbdə təhsil alan  şagirdlərin Hüseyn Cavidin əsərləri əsasında hazırladıqları ədəbi-bədii kompozisiya təqdim edilmişdir.

 Mərkəzi Kitabxananın tədbirlərində fəal iştirak etdiklərinə görə fərqlənən şagirdlərə fəxri fərmanlar təqdim olunmuşdur.

          Tədbir iştirakçiları” Hüseyn Cavid – 135” adlı kitab sərgisi ilə tanış olmuşlar.