Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
2 Noyabr , 2017

Şirvan şəhər Mərkəzi Kitabxanasında Azərbaycanın tanımış uşaq yazarlarından Solmaz Amanova və Sevinc Nuruqızı ilə balaca oxucuların görüşü keçirilmişdir.

 Görüşdə Solmaz Amanova uşaqlar üçün yazdığı əsərləri təqdim etmişdir. Təqdimat

zamanı uşaqlar müəllifin əsəri əsasında hazırlanmış və diskə yazılmış nağıl tamaşaya maraqla baxmışlar. Solmaz Amanova uşaqlarla Azərbaycanın mədəni irsinə aid sual –cavab da təşkil etmiş, düzgün və maraqlı cavabları ilə fərqlənən uşaqlara öz kitablarını hədiyyə etmişdir.

Görüşdə  iştirak edən digər uşaq yazarı Sevinc Nuruqızının da çıxışı qarşılanmışdır.

Müəllif uşaqlar üçün yazdığı əsərlər, bu əsərlərin azyaşlı qəhrəmanları haqqında məlumat vermişdir.

             Tədbir iştirakçıları Solmaz Amanova və Sevinc Nuruqızının kitablarından və əsərlərinin yazıldığı disklərdən ibarət sərgi ilə də tanış olmuşlar.

            Tədbirdə Şirvan şəhər Təhsil şöbəsinin əməkdaşları, tam orta məktəbin ibtidai sinif şagirdləri və müəllimləri, kitabxananın fəal oxucuları iştirak etmişlər.

            Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə regionlarda, o cümlədən Şirvanda təşkil edimiş bu görüş uşaqlarda mütaliəyə marağın artırılması məqsədilə keçirilmişdir.