Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
13 Oktyabr , 2017

Dövlət Müstəqilliyi günü münasibətiilə Şirvan şəhər Mərkəzi Kitabxanasında  tədbir  keçirilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev açmışdır.Azərbaycan Respublikasının dövlət  himni səsləndikdən sonra Alma Cəfərovanın “Müstəqillik yollarında”, İlhamə İmanovanın” Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir”, Nəsibə Təhməzovanın” Müstəqilliyimizin tarixi” adlı məruzələri dinlənilmişdir. Tədbir iştirakçıları “18 oktyabr Dövlət Müstəqilliyi günüdür”adlı kitab sərgisi ilə də tanış olmuşlar.