Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
10 Oktyabr , 2017

Azərbaycan Respublikasının  Dövlət  Müstəqilliyi  günü münasibətilə Şirvan şəhər Mərkəzi Kitabxanasında tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə Şirvan  şəhər Mərkəz- ləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev açmışdır .Azərbaycan Respub- likasının Dövlət himni səsləndikdən  sonra Günay Nəbiyevinin “Müstəqilliyin tarixi”,Günay Rzayevanın” Müstəqillik yollarında keçən iyirmi altı il “ , İlhamə İmanovanın “Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir” mövzularında məruzələri dinlənilmişdir.

  Tədbirin ikinci hissəsində iştirakçılara Dövlət Müstəqilliyinə həsr olunmuş 16 saylı tam orta məktəb şagirdlərinin hazırladıqları ədəbi –bədii kompozisiya təqdim edilmişdir.

   Tədbir iştirakçıları “18 oktyabr Dövlət Müstəqilliyi günüdür” adlı kitab sərgisi ilə tanış olmuşlar.