Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
11 Sentyabr , 2017

Beynəlxalq Sülh günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə hər il keçirilən “Sülh aylığı” çərçivəsində Şirvan şəhər Mərkəzi Kitabxanası tərəfindən 20 Yanvar küçəsindəki parkda “21 avqust– 21 sentyabr sülh aylığıdır” mövzusunda kitab sərgisi təşkil edilmişdir. Sərgidə sülh mövzusunda yazılmış kitablar, o cümlədən ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci vitse prezident Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın sülh uğrunda fəaliyyətinin əks etdirən kitablar nümayiş olunmuşdur.

         Mərkəzi Kitabxanın informasiya-resurs şöbəsinin müdiri Mehriban Alxaslı sərginin açılışında çıxış edərək “Sülh aylığı”nın əhəmiyyəti, əhalinin hüquq mədəniyyətinin inkişafı, irqi, milli, dini ayrıseçkiliyin yolverilməzliyi, sülh və torelantlıq mədəniyyəti, xalqımızın bütün bunlara dair milli-mənəvi dəyərləri haqqında danışmışdır. Sərginin iştirakçıları məktəbyaşlı uşaqların ifasında sülh haqqında şeirlər dinləmişlər. Tədbirin azyaşlı iştirakçılarına sülh və əmin-amanlıq simvolu olan rəmzi göyərçinlər və şarlar hədiyyə verilmişdir.