Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
28 Dekabr , 2016

      28 dekabr 2016- cı il tarixində Mərkəzi Kitabxanada 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü  və Yeni il münasibətilə söhbət təşkil edildi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru İltifat Nəbiyev açaraq, tədbir iştirakçılarını Dünya  Azərbaycanlılarının Həmrəylik Günü, həm də Yeni il münasibətilə  təbrik etdi. O, “Tariximizin ən böyük Azərbaycanlısı” mövzusunda çıxış edərək öz sözünü ümummilli lider Heydər Əliyevin məhşur sözü ilə başladı” Bizim hamımızın bir vətəni var, o da Azərbaycandır”. Həqiqətən, Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyinə xüsusi diqqət yetirmiş, onun xarici ölkələrə səfəri zamanı həmin ölkələrdə yaşayan azərbaycanlılarla görüşü bu sahədə atılmış uğurlu addımlardandır. 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının birinci qurultayı tarixi hadisə kimi hər bir soydaşımızın yaddaşında əbədi həkk olunub.

   Mərkəzi Kitabxananın əməkdaşları-  İlhamə İmanova, Yeganə Nağdəliyeva, Rəna Ələkbərova “ Bir olaq, həmrək olaq” mövzusunda çıxış edərək qeyd etdilər ki, düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək üçün, gündən günə inkişaf edən Azərbaycan Respublikasının daha da güclü ölkə olması və beynəlxalq aləmdə tanınması üçün biz həmişə həmrəy olmalıyıq.