Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Haqqımızda
18 Fevral , 2015
  1.   Xidmət şöbəsi.
  2.   Komplektləşdirmə və kitabişləmə şöbəsi.
  3.   Metodika-biblioqrafiya şöbəsi.
  4.   Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi.
  5.   İnformasiya-resurs şöbəsi .
  6.   Uşaq şöbəsi.


Kitabxanaya üzv olma qaydaları.


Şirvanın hər bir vətəndaşı 17 yaşından Şirvan şəhər Mərkəzi kitabxanasına üzv ola bilər.
Kitabxanaya yazmaq üçün aşağıdakı sənədləri tələb edir:

  1.   Şəkil ölçüsü 3x 4
  2.   Şəxsiyyət vəsiqəsi.(pasport)


Xidmət şöbəsi.


Mərkəzi Kitabxananın Xidmət şöbəsi əhaliyə abonement və oxu zalı vasitəsilə xidmət göstərir. Oxucuların müxtəlif sorğularını tez və dolğun ödəməyə çalışır, çap əsərlərindən səmərəli istifadə etməyə kömək edir, fondun qorunmasını həyata keçirir. 

 

Ümumi kitab fondu

27367

Kitab fondu

20136

Azərbaycan qrafikali ədəbiyyat

16193

Latın qrafikalı

11523

Kiril qrafikalı

4670

Rus ədəbiyyatı

3090

Xarici əbədiyyat

853


Oxu zalı.


Oxu zalı 50 nəfərlik yerdən ibarətdir. Burada 5 illik dövrü mətbuat və köməkçi kitab fondu oxuculara xidmət edir. Oxu zalından bütün oxucu qrupları istifadə edir. Kitab fondunu əsasən elmi kitablar, dərsliklər, ensiklopediyalar və lügətlər təşkil edir. Oxu zalında mərkəzi kitabxananın bütün kütləvi tədbirləri keçirilir.

Kitab fondu

7231

Azərbaycan qrafikali ədəbiyyat

5594

Latın qrafikalı

2637

Kiril qrafikalı

2954

Rus ədəbiyyatı

1157

Xarici əbədiyyat

483

 

KOMPLEKTLƏŞDİRMƏ VƏ KİTABIŞLƏMƏ ŞÖBƏSİ.

Şöbə oxucuların ümumtəhsil, mədəni və peşə sorğularının ödənilməsi üçün kitabxananın universal profilli kitab fondunu komplektləşdirir. Dövlət vəsaiti hesabına yeni ədəbiyyatları almaqla, Prezident aparatından, M.F.Axundov adına Milli kitabxanadan kitab mübadiləsi yolu ilə, nəşriyyatların və müəlliflərin bağışladıqları kitablar hesabına kitab fondunu daim zənginləşdirir. Yeni daxil olan ədəbiyyatın uçotunu aparır, dövrü nəşrlərə abunə işini təşkil edir, kataloq sisteminin aparılmasına və fondun mühafizəsinə nəzarət edir.

METODİKA VƏ BIBLİOQRAFIYA ŞÖBƏSİ.

Metodika və biblioqrafiya şöbəsi kitabxanaların müasir vəziyyəti,onların gələcək inkişaf perspektivləri, kitabxasna işi sahəsində mövcud yeniliklərin araşdırılması,öyrənilməsi sahəsində bir sıra işlər görür. Şöbə illik iş planı tərtib edir. Filial-kitabxanalara gedişlər qrafiki hazırlanır. İl ərzində filialların aylıq və rüblük iş planlarının tərtibinə köməklik göstərilir. Hər il üçün seminar məşğələlərin təxmini mövzuları tərtib edilir. İl ərzində şöbə tarixi və əlamətdar günlər, görkəmli şəxsiyyətlərin, şair və yazıçıların yubileylərinə həsr olunmuş metodiki vəsaitlər, tövsiyyə biblioqrafik siyahıları hazırlayıb filial kitabxanalara göndərir, kitabxanaya daxil olan metodik-biblioqrafik vəsaitləri öyrənir, onlardan kitabxana işində istifadə edir. Metodika və biblioqrafiya şöbəsi mərkəzi kitabxanaların və filialların illik və aylıq iş planlarını, statistik hesabatlarını qəbul edir, onları kontrol göstəricilər cədvəlində əks etdirir. Şöbə kitabxana filialların işini təhlil edir, filiallara təcrübi köməklik göstərir, mərkəzi kitabxana və filiallarda əhəmiyyətini itirmiş və yararsız hala düşmüş kitablardan təmizlənməsinə köməklik göstərir. Oxuculara kömək məqsədi ilə soraq-biblioqrafiya aparatını təkmilləşdirir, kitabxana biblioqrafiya biliklərini təbliğ edir. Kitabxanaya yeni daxil olan nəşrlərin tövsiyyə ədəbiyyat siyahısını tərtib edir, kitab fondunun təbliği ilə əlaqədar əyani, yazılı, şifahi təbliğat formalarından istifadə olunur. Kitabxana- filiallarda keçirilən tədbirlərdə iştirak edir, onlara lazımi tövsiyyələr və metodik köməkliklər göstərilir. 

KİTABXANA-BİBLİOQRAFİYA PROSESLƏRİNİN AVTOMATLAŞDIRMA ŞÖBƏSİ.

S.Ə.Şirvani adına Mərkəzi Kitabxananın Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi 2011-ci ilin dekabr ayindan fəaliyyət göstərir. Yeni yaradılan bu şöbə Kitabxananın Elektron kataloqunun idarə olunması, Elektron resusların, Bazalarının yaradılması, Elektron kataloqun “Kataloqlaşdırma”, “Komplektləşdirmə”, “Oxucu”, “Kitab verilişi” modullarının işini təşkil etmək, habelə “Administrator” modulu vasitəsi ilə sistemin fəaliyyətinə nəzarət və koordinasiya etmək funksiyasını həyata keçirir. MKS-də kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işini təşkil edir.Şöbə müdiri mütəmadi olaraq kitabxana rəhbərliyini kitabxanada həyata keçirilən avtomatlaşdırma prosesi haqqında məlumatlandırır və təkliflər verir. 

İNFORMASİYA-RESURS ŞÖBƏSİ.

Bu şöbə Kitabxana Portalının  idarə olunması (portalın operativ yeniləşməsi, əlavə və dəyişiklərin edilməsi), şəbəkənin antivirus proqramının, habelə lokal və İnternet şəbəkəsinin fəaliyyətini təşkil edir, nəzarət funksiyasını həyata keçirir. Şöbə kitabxananın Elektron kitabxanasının yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işini təmin edir. Habelə dövrü mətbuatın təsvirini “Kataloqlaşdırma” modulu vasitəsi ilə həyata keçirir. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin həyata keçirdiyi “Kataloqlaşdırma” modulunun bazasından isifadə edərək elektron resusları bazalarının yaradılmasını həyata keçirir. Bundan əlavə şöbə internet vasitəsi ilə müxtəlif mövzularda saytları axtarıb tapır və onların kartotekasını tərtib edir. 

UŞAQ ŞÖBƏSİ.

Mərkəzi Kitabxananın Uşaq şöbəsi 2011-ci ildən uşaq kitabxanasının bazası əsasında yaradılmış və şəhər ərazisində uşaqlara kitabxana xidməti işini həyata keçirir.Belə ki, ümümtəhsil məktəbləri və uşaq baxçaları ilə əlaqəli şəkildə oxuculara kitabla xidmət, onların mütaliəsini daha da yaxşılaşdırmaq, kitabların geniş təbliği üçün bilavasitə yerlərdə müxtəlif tədbirlər təşkil edir. Uşaq şöbəsi müxtəlif mədəni-kütləvi tədbirlər, o cümlədən səhirciklər, kitab müzakirələri, yeni alınmış kitabların sərgisi, viktorinalar və başqa tədbirlər keçirməklə uşaq oxucularının kitabxanalara cəlb edilməsini daha da gücləndirir.Şöbə MKS-ə daxil olan digər uşaq kitabxanası ilə daim əlaqəda olmaqla metodiki köməklik işini də həyata keçirir. F.B.Köçərli adına Respublika Uşaq kitabxanası ilə sıx əlaqədə olan Uşaq şöbəsi aldığı metodiki məktub və vəsaitlərdən lazımınca istifadə edir. Uşaq şöbəsi Respublika Mədəniyyət və Turizim Nazirliyinin 18 aprel 2011-ci il tarixli, 153 nömrəli əmrinə əsasən "Uşaq Kitabxanası" nominasiyasının qalibi elan edilmişdir. 

Nağıl otağı

 Uşaqlara kiçik yaşlarından kitabı sevdirməkmək, kitabxananın əhəmiyyətini anlamaq kimi mühüm bacarıqlar aşılanmalıdır.Bu məqsədlə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm   Nazirliyinin tapşırığına əsasən   Şirvan şəhər Mərkəzi kitabxanasında “Nağıl otağı”təşkil olunmuşdur.

  2015-ci ilin avqust ayından fəaliyyət göstərən Nağıl otağında uşaqlar özlərini nağıllar aləmində olduğu kimi hiss edir, sərbəstlik, asudə vaxtlarından düzgün istifadə etməklə təkcə öz nağıllarımızı deyil, müasir dünya xalqlarının nağılları haqqında informasiya əldə edə bilirlər.

   Nağıl otağı kompüter, uşaq ədəbiyyatı və uşaq jurnalları ilə təchiz olunmuşdur.Həmcinin burada uşaqların böyük marağına səbəb olan səsli nağıl diskləri,  kitab şkafı və başqa zəruri avadanlıqlar var. Nağıl otağı “Bacarıqlı əllər”dərnəyinin, fəal oxucuların köməyi ilə bəzənmişdir.

 Xüsusi təyin olunmuş günlərdə burada Nağıl saatı kecirilir.Bu da uşaqların böyük marağına səbəb olur.Nağıl günlərində kitabxanacı nağıl danışan nənə obrazına girir.Nağıl nəql olunan zaman uşaqlara da söz verilir. Sonra uşaqlar nağıldan aldıqları təəsüratı bölüşür və onun rəsmini  cəkərək nağıl qəhrəmanları haqqında fantaziyalarını ağ kağız üzərinə həkk edirlər.

 İstər azyaşlı məktəblilər,istərsə də baxca uşaqları ücün səhərciklərin kecirilməsi uşaqların mütaliəyə həvəsini artırır.Bu məqsədlə ibtidai sinif şağırdləri ,eyni zamanda baxca uşaqları ilə “Turp”, ”Cırtdan”, ”Şir və sican”, ”Cik –cik xanım”, ”Xoruz” və digər nağılların səhərcikləri təşkil edilmişdir.

 Həmcinin uşaqlarda hərbi vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Nağıl otağında “Əsgərə məktub” güşəsi də yaradılıb. Hər bir azyaşlı oxucu cəbhə boyu bizi düşməndən qoruyan əsgərlərə öz müstəqil fikirlərini yazıb, poct qutusuna atır. Bu uşaqlarda vətənpərvərlik, qəhrəmanlıq kimi müqəddəs hisslərin daha da gücləndirməklə yanaşı, həm də onların  təfəkkürlərinin formalaşmasında əvəzsiz rol oynayır.

Uşaqlarda mütaliə vərdişlərini inkişaf etdirmək,onların dünya görüşünün formalaşdırılmasına kömək məqsədilə onlar arasında vaxtaşırı sorgülar da kecirilir.

Nağıl otağında uşaların məntiqi düşüncəsi,  yaradıcılıq qabilliyətini inkişaf etdirmək məqsədilə müxtəlif interiaktiv oyunları özündə əhatə edən disklər  var. Belə proqramlar oyun formasında yerinə yetirilir.

 Həmcinin Nağıl otağında interaktiv nağıllar, cizgi filmləri də var. Bu qəbildən “Tıq –tıq xanım”, ”Cırtdan və div”, ”Tülkü həccə gedir”, ”Qız qalası” və s. Bu filmlərin köməyi ilə uşaqlar riyazi və məntiqi məsələləri həll edirlər.

Yaşından aslı olmayaraq hər bir uşağın   oxumağa hazırlanması, vaxtaşırı kitabxananın Nağıl otağına cəlb edilməsi, onların kitaba, mütaliəyə olan marağını daha da artırılması məqsədi ilə bundan sonra da səyimizi artıracağıq.

Kitab fondu

10720

Latın qrafikalı

2837

Kiril qrafikalı

3484

Rus  ədəbiyyat

3398

Xarici əbədiyyat

1001