Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xaricdə yaşayan tanınmış azərbaycanlılar
14 Oktyabr , 2015

       1917-ci ildə Peterburqda doğulmuşdur. Ailəsilə birlikdə Fransaya köçmüşdür. Azərbaycanlıdır, filologiya elmləri doktoru, professordur. Parisdə ingilis dilində litsey bitirmişdir. Sorbonna Universitetində təhsil almaqla eyni zamanda, Şərq Dilləri İnstitutunda oxumuş, ərəb, fars və türk dillərini öyrənmişdir.

      1947-ci ildə Fransaya qayıdaraq "Orta əsrlər Türkiyə eposları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və Strasburq Universitetinin professoru olmuşdur. Onun elmi maraq dairəsi çox əhatəlidir. O, 400-ə qədər elmi işin müəllifidir. "Koroğlu", "Umur paşa", "Məlik Danişmənd", "Seyid Batddal", Babək hərəkatı, Qızılbaşlar tarixi, Əbu Hüseyn Xorasaninin yaradıcılığı, Xətai, M. F. Axundov və bir sıra başqa monoqrafiyaların və ədəbiyyatşünaslıq tədqiqatlarının müəllifidir. İ. Melikoffun səyi nəticəsində Strasburq universitetində türk şöbəsi yaradılmışdır. Sonradan İren xanımın direktor olduğu həmin şöbə elmi-tədqiqat institutuna çevrilmişdir. Bu institutda Azərbaycan mədəniyyətini öyrənən mərkəz yaradılmışdır. 1966-cı ildə İ. Melikoff "Türkika" adlı jurnal nəşr edərək burada fransız oxucularını türk xalqlarının tarixi, ədəbiyyatı və mədəniyyəti ilə tanış edir. Bu jurnalda Anarın, Çingiz Hüseynovun, Sara Aşurbəylinin, Tofiq Məlikovun və bir sıra başqa azərbaycanlı müəlliflərin əsərləri çap olunmuşdur.

      Melikoff İren xanım Fransa və Azərbaycan mədəniyyət əlaqələri mərkəzinin sədri olmuşdur.