Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
28 İyul , 2022

Bu gün Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun zabiti, baş leytenant Bağırov Fuad Allahverdi oğlunun övladı Aylin Bağırovanın bir yaşı tamam olur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və töfsiyələrinə uyğun olaraq Şirvan Şəhər İcra Hakimiyyəti də şəhid ailələrinə və qazilərə hassaslıqla yanaşır, dəstək göstərir. 28.07.2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev şəhid baş leytenant Bağırov Fuad Allahverdi oğlunun övladı  Aylin Bağırovanın 1 yaşının tamam olması münasibəti ilə  şəhidin ailəsini ziyarət edib. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir döyüşçümüzün xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulayan İcra Hakimiyyətinin başçısı şəhidin valideynlərinə belə qəhrəman övlad böyütdükləri üçün öz minnətdarlığını və təşəkkürünü bildirib. Şəhidin ailə üzvlərini Aylinin 1 yaşı olması münasibətilə təbrik edib. Ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Şəhidimizin atası Allahverdi Bağırov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürünü və minnətdarlığını ifadə edib.

                                                                                                                                                              Mətbuat xidməti