Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
29 İyul , 2022
Sabirabad Regional Mədəniyyət idarəsinin təşəbbūsū ilə keçirilən "Həftənin kitabı" layihəsi çərçivəsində Vidadi Babanlının "Vicdan susanda " romanı həftənin kitabı seçildi.Roman klassik romanlara məxsus ikililər, dilemmalar üzərində qurulub. ,Yüksək vətəndaşlıq, nəciblik, xeyirxahlıq hissləri ilə cılızlıq, paxıllıq, sırf şəxsi mənafe güdən bədxahlıq kimi çirkin əməllər qarşı-qarşıya durur”. Əsərin adıı “Vicdan susanda” adlansa da əsərin baş qəhrəmanları professor Söhrab Günəşli və onun istedadlı aspirantı Vüqar Şəmsizadə vicdanı susmayanlardır. Vicdanı susanlar isə Bəşir Bədirbəyli, Ziya Lələyev, aspirant İsmətdir. Professor Günəşli və aspirantı Vüqar böyük elmi kəşfin-ekolojik cəhətdən təmiz yanacağın bir addımlığındadır. Lakin əks cəbhə bu kəşfə mane olur. Roman da bu konfliktin üstündə qurulub. Hadisələr də Kimya İnstitutunda baş verir.