Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
27 İyul , 2022

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq  26.07.2022-ci il tarixdə Şirvan Şəhər Mədəniyyət Mərkəzində sudan səmərəli istifadə ilə bağlı maarifləndirmə tədbiri keçirilib. Sudan səmərəli istifadə ilə bağlı ictimaiyyətin məlumatlandırılması məqsədilə keçirilən tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, “Azərsu”ASC-nin, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”ASC-nin, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Fəridə Ələkbərova və Fövqəladə Hallar Nazirliyinin şöbə müdiri Şahin Allahverdiyev çıxış edərək dünyanın bir çox ölkələrində iqlim dəyişikliyi ilə əlaqədar su ehtiyatlarının azaldığından, insanların su çatışmazlığından əziyyət çəkdiyindən, ölkəmizdə əhalinin içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı dövlət səviyyəsində həyata keçirilən layihələrdən və nəzərdə tutulan tədbirlərdən bəhs ediblər. Azərbaycanda da Kür çayında suyun səviyyəsinin aşağı düşməsi və bununla bağlı Şirvan şəhəri üzrə aidiyyəti qurumların nümayəndələrindən ibarət İşçi qurupunun Kür çayına nəzarətdənkənar qoşulmaların qarşısının alınması və digər istiqamətlərdəki fəaliyyətini diqqətə çatdırıblar. Hər bir vətəndaşın sudan qənaətlə istifadə etməsini, dünyada su ehtiyatının azalması barədə təhlükənin ciddiyə alınmasını tövsiyə ediblər. Su ehtiyatlarından səmərli istifadə ilə bağlı verilən məlumatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.