Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
25 İyul , 2022

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla icra edilməsi digər şəhər və rayonlar kimi Şirvan şəhərinin də simasını köklü şəkildə dəyişir, potensialını artırır, infrastrukturunu, kommunal xidmətlərinin keyfiyyətini, biznes və investisiya mühitini yaxşılaşdırmaqla əhalinin rifah halının yüksəlməsini təmin edir. Bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində görülən işlər bir daha təsdiq edir. Proqrama uyğun olaraq Şirvan Şəhər Uşaq Musiqi məktəbi də əsaslı təmir edilir. 1961-ci ildən fəaliyyət göstərən Şirvan Şəhər Uşaq Musiqi məktəbində 8 ixtisas üzrə tədris aparılır, 419 şagirdin təlim-tədrisi ilə 87 müəllim məşğul olur. Şirvan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə təmir  üçün “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na salınan Şirvan Şəhər Uşaq Musiqi məktəbi 2021-ci ildən  əsaslı təmir edilir. Öncə məktəbin dam örtüyü sökülərək yenidən qurulmuş, fəsad hissəsinin suvaq işləri görülmüş, istifadəyə yararsız vəziyyətə düşmüş 5 giriş qapısı, 117 pəncərə yeniləri ilə əvəz edilmişdir. Qapı və pəncərələr çöl tərəfdən ağlay daşları ilə işlənilmiş, binanın  birinci mərtəbəsinin divarlarına yeni suvaq çəkilmişdir. Hazırda binanın birinci və ikinci mərtəbələrinin əsaslı təmir işləri aparılır. Şirvan Şəhər Uşaq Musiqi məktəbinin əsaslı təmirinin  bu ilin sentyabr ayına kimi başa çatıb istifadəyə verilməsi gözlənilir. Şirvan Şəhər Uşaq Musiqi məktəbinin müəllim və şagirdləri məktəbin əsaslı təmirinə,  onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirirlər.