Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
22 İyul , 2022

22.07.2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şirvan Mədəniyyət Mərkəzinin önündə açıq havada həmin ərazidə yaşayan sakinlərlə səyyar qəbul-görüş keçirib. Görüşdə  Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavinləri, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş iştirakçılarını salamlayıb. Sonra Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, tarixi torpaqların işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yerlərdə səyyar qəbul-görüşlərin keçirildiyini bildirib. Korona virus infeksiyasının geniş yayıldığı pandemiya dövründə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Operativ Qərargahının qərarı ilə fərdi və kollektiv formada qəbulların dayandırıldığını, lakin bu ilin mart ayından xüsusi karantin rejiminin qaydaları yumşaldılıqdan sonra yenidən belə səyyar qəbul-görüşlərin keçirilməsinə start verildiyini bildirib. Görüş iştirakçılarını və onların simasında Şirvan şəhər ictimaiyyətini işğaldan azad olunan torpaqlara Böyük qayıdışın yeni mərhələsinin başlanması münasibətilə təbrik edib. “Ağıllı şəhər, kənd” layihələri çərçivəsində yenidən qurulan Ağalı kəndinə sakinlərin qayıdışının yeni mərhələsinin başlandığını qeyd edib. İnanırıq və əminik ki, işğaldan azad edilən tarixi torpaqlarımızda aparılan genişmiqyaslı abadlıq, quruculuq işləri, infrastruktur layihələr tezliklə başa çatacaq  və əvvəllər  həmin ərazidə yaşayan soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.Görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan  cənab İlham Əliyevin, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevayanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın məqsədyönlü fəaliyyətlərinin mühüm məqamlarından, dövlət başçısının Ali Baş Komandan kimi Vətən müharibəsində Zəfəri təmin edən uğurlu rəhbərliyindən, dünyanın ən nüfuzlu  televiziya kanallarına verdiyi müsahibələrdən, Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasından, qərəzli mövqeləri ilə fərqlənən, dünyanın aparıcı dövlətlərinin və beynəlxalq qurumların rəhbərlərini susdurduğunu bildirib. Vətən müharibəsində ordu və xalqın bir yumruq kimi prezidentin ətrafında birləşdiyini qeyd edib. Dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. Şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də geniş abadlıq-quruculuq işlərinin aparıldığını, küçələrin işıqlandırıldığını, su təchizatı və kanalizasiya sisteminin yenidən qurulduğunu, sosial layihələrin uğurla həyata keçirildiyini, ölkədə ilk dəfə Şirvan şəhərində şəhid analarının şərəfinə “Şəhid Anası” memorial abidə kompleksinin ucaldığını diqqətə çatdırıb. Dövlət səviyyəsində görülən işlərin, atılan addımların vətəndaş məmnunluğunun artmasına, əhalinin sosial rifah halının yaxşılaşmasına  xidmət etdiyini bildirib. Sonra sakinlərin müraciət və problemləri dinlənilib, qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib. Sakinlər qəbuldan razı qalıb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.