Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
21 İyul , 2022
Sabirabad Regional Mədəniyyət Idarəsinin təşəbbūsū ilə keçirilən "Həftənin kitabı" layihəsi çərçivəsində R.N.Gūntəkinin "Çalıquşu" romanı həftənin kitabı seçildi.Romanda əsərin qəhrəmanı Fəridənin — Çalıquşu simasında çətin və məşəqqətli həyat tərzinə baxmayaraq, öz məhəbbətinə sədaqət hissini qoruyub saxlayan əsil türk qızının obrazı bədii ustalıqla qələmə alınmışdır. Roman müəllifin demək olar ki, ədəbi taleyini həll edir. Orta fransız dini məktəbini yenicə bitirmiş bir qızın dilindən, gündəliyi şəklində verilmiş bu roman Azərbaycanda ən çox sevilən əsərlərdən biridir.