Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
14 İyul , 2022
14 İyul 2022- ci il tarixində Şirvan şəhər Mərkəzi Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Bağırov Tahir Əminağa oğlunun 65 illik yubileyi münasibətilə "Səmadan zirvəyə" adlı xatirə gecəsi keçirilmişdir.
Tədbir Şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməklə başladı. Tədbirdə Mərkəzi Kitabxananın əməkdaşları Alma Cəfərova , İlhamə İmanova şəhidin həyat və döyüş yolu haqqında maraqlı məlumatlar vermişdilər.
Tədbirdə Qarabağ müharibəsi şəhidləri -Səlimov Hamletin bacısı Şəfəq Səlimova, Əsədov Rafətin bacısı Dilbər Əsədova , Vətən Müharibəsi iştirakçıları Bayramlı Sərxan və Bayramlı Orxanın anası Badam Həsənova çıxış edərək torpağı Vətən edənlərdən danışdılar, müharibənin saçdığı dəhşətlərdən söhbət açdılar.
Tədbirdə Tahir Bağırovun yadigarı Bağırova Aidə Tahir gizi, ömür - gün yoldaşı Bağırova Sahirə Milli Qəhrəmanımızın həyat və döyüş yolu haqqında bilmədiklərimiz faktlardan söz açdılar.
Milli Qəhrəmanın nəvələri- Vəliyeva Billurə, Vəliyev Telman, Vəliyeva Sahilə Vətən haqqında şeirlər səsləndirmişlər.
Tədbirdə Milli Qəhrəman Tahir Bağırov haqqında çəkilmiş " Səmadan zirvəyə" adlı sənədli film nümayiş olundu.
Sonda "Milli QəhrəmanTahir Bağırov -65" adlı sərgiyə baxış keçirilmiş və Milli Qəhrəmanın ailə üzvləri ilə xatirə şəkilləri çəkilmişdir.