Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
8 İyul , 2022
Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilən "Həftənin kitabı" layihəsi çərçivəsində Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən Fərman Kərimzadənin "Xudafərin körpüsü" romanı həftənin kitabı seçilmişdir.
F.Kərimzadə "Xudafərin körpüsü" romanını yazarkən ilk dəfə idi ki,belə bir roman haqqında düşünürdü. Burada Şah İsmayılın uşaqlıq illərini, hakimiyyət başına keçməzdən əvvəlki dövrü təsvir etməklə onun mühitinə nəzər salır. Mövcud ictimai-siyasi mühiti canlandırmağa çalışır və buna nail olur. Burada Şah İsmayıl obrazı tarixi həqiqətlərə uyğun işlənib.O, bir sərkərdə dövlət adamı olmaqla yanaşı , həm də bir xalqın, elin adamıdır.Öz düşüncə tərzi ilə bütün Azərbaycan xalqını təmsil edir. Ona görə də yazıçı onu daima xalqla birgə təsvir edir. Şah İsmayılın apardığı mübarizə xalqın mübarizəsi sayılır.