Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
24 İyun , 2022
Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilən “Həftənin kitabı” layihəsi çərçivəsində Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi tərəfindən İlqar Məmmədağaoğlunun "Qəhraman Mübariz, şəhid Mübariz" adlı kitabı bu həftənin kitabı seçilmişdir.
Kitabda Qarabağ müharibəsinin ağrılı-acılı günlərindən və eləcə də xalqımızın başına gətirilən müsibətlərdən bəhs edilərək Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun həyatından və göstərdiyi misilsiz qəhrəmanlıqdan söhbət açılır.