Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
14 İyun , 2022
14 iyun 2022- ci il tarixində Şirvan şəhər Mərkəzi Kitabxanasında 15 İyun Milli Qurtuluş Günü münasibətilə "Müasir Azərbaycanın qurucusu" adlı tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən natiqlər- Şirvan şəhər Mərkəzi Kitabxanın əməkdaşları- Quliyeva Kəmalə, İmanova İlhamə, Nağdəliyevə Yeganə qeyd etdilər ki, bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına - Vətəni Azərbaycana həsr etmiş müdrik dövlət xadimi Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi qızıl hərflərlə yazılıb. Heydər Əliyevin adı tariximizə xalqın xilaskarı kimi həkk olunmuşdur.XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdir.Ölkədə hakimiyyət böhranı kuliminasiya həddinə çatmış, anarxiya respublikanı bürümüşdü.Məhz Heydər Əliyevin xalqın təkidi ilə qayıdışından sonra Azərbaycana sürətlə inkişaf etməyə başlamışdır. Sonda "15 iyun Milli Qurtuluş Günü " adlı sərgiyə baxış keçirilmişdir.