Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
10 İyun , 2022
Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilən “Həftənin kitabı” layihəsi çərçivəsində Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən Mahmud İsmayılovun "Ağ yapıncı" romanı həftənin kitabı seçilmişdir. Ağ yapıncı — Mahmud İsmayılovun 1979-cu ildə nəşr olunmuş ilk romanı. Ağ yapıncı romanı tarixi hadisələrə əsaslanır. Romanda XVIII əsrin 30-40-cı illərində Şəki əyalətində İran əsarətinə qarşı xalq-azadlıq hərəkatından bəhs edir. Əsərdə Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsi, sadə adamlardan, o cümlədən dəmirçi oğlu Poladın sərkərdəlik istedadı, onun Münəvvərə məhəbbəti, dövrün tarixi hadisələri, xalqın məişəti və s. özünün bədii ifadəsini tapmışdır.