Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
13 İyun , 2022
13 İyun 2022 ci il tarixində Şirvan şəhər Mərkəzi Kitabxananın Uşaq şöbəsində  mövzusunda disput keçirilmişdir. Tədbirdə çıxış edənlər Alma Cəfərova, Mətanət Zərbəliyeva, İlhamə İmanova qeyd etdilər ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi, və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15 i xalqımız üçün əsl qurtuluş tarixdir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. Tədbirdə məktəblilərə böyük xilaskarın həyat və fəaliyyəti haqqında məlumat verilmişdir. Məktəblilər kitabxananın fondunda olan Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş kitablarla tanış olmuşlar. 15 İyun Milli Qurtuluş Günüdür başlıqlı sərgi onların maraqina səbəb olmuşdur.