Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
10 İyun , 2022
10 İyun 2022-ci il tarixində Şirvan şəhər Mərkəzi Kitabxanasının Uşaq şöbəsində 18 İyun Azərbaycan Respublikasında İnsan hüquqları Günü ilə əlaqədar "Hüquqlarımızı bilməliyik" adlı tədbir keçirilmişdir. Tədbirdə 10 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəlliməsi Səmədova Leyla və 8 ci sinif şagirdləri iştirak etmişlər. Tədbirdə Şirvan şəhər Mərkəzi Kitabxananın Uşaq şöbəsinin əməkdaşları Mətanət Zərbəliyeva, Əsmər Mirzəyeva çıxış edərək qeyd etdilər ki, BMT - nin Uşaq Hüquqları Konvensiyasi dünyanın hər yerində yaşayan uşaqların Konvensiya ilə müəyyən edilmiş hüquqlarını təmin edir. Konvensiya uşaqların iqtisadi, sosial, mədəni və hətda siyasi hüquqlara malik olmasını vurğulayır. Uşaq Hüquqları Konvensiyası 54 maddədən ibarətdir, onların hər biri ayrı - ayrı hüquqlar haqda məlumat verir.
Bütün hüquqlar 4 geniş kateqoriyaya bölünür: İnkişaf hüququ, Müdafiə hüququ, İştirak hüququ və Yaşamaq hüququ.
İnsan hüquqları amili xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyətinin əsası olmuşdur. Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş, Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının ikinci bölməsi bütünlüklə Azərbaycan Respublikasında insan, vətəndaş, hüquq və azadlıqlarına həsr olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.