Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
9 İyun , 2022
09 İyun 2022-ci il tarixində Şirvan şəhər Mərkəzi Kitabxanasında 18 İyun Azərbaycan Respublikasında İnsan hüquqları Günü ilə əlaqədar "18 İyun İnsan Hüquqları Günüdür" adlı tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər - Şirvan şəhər Mərkəzi Kitabxananın əməkdaşı İlhamə İmanova, Şirvan dövlət İqtisadiyyat və Humanitar Kollecin tələbələri Quliyeva Aytac və Günəşli Aysun çıxış edərək qeyd etdilər ki, insan hüquq və azadlıqlarının təmin edilməsi müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsi olmaqla, vətəndaş cəmiyyətinin yetkinliyinin başlıca meyarı sayılır. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq cəmiyyətin tam hüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi demokratik, hüquqi, dünyəvi dövlətdir. İnsan hüquqları amili xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyətinin əsası olmuşdur. Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş, Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının ikinci bölməsi bütünlüklə Azərbaycan Respublikasında insan, vətəndaş, hüquq və azadlıqlarına həsr olunmuşdur. Respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılması olub. Heydər Əliyevin ilk dəfə İnsan hüquqları üzrə Müvəkkil İnstitutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı habelə 1998-ci il 18 İyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması nəzərdə tutulub. Tədbirdə Şirvan şəhər 10 nömrəli tam orta məktəbin 5 b sinif şagirdi İmanlı Nuray "Uşaqlar, hüquqlarını bilməlidir" mövzusunda çıxış etmişdir.