Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
7 İyun , 2022
07 İyun 2022- ci il tarixində . Kitabxananın əməkdaşları Alma Cəfərova, Mətanət Zərbəliyeva, Əsmər Mirzəyeva 1a sinif rəhbəri Musayeva Şəfiqə müəlliməyə və məktəblilərə, onların valideynlərinə Uşaq kitabxanasının fondu, kitabxanadan istifadə qaydası haqqında məlumat verilmişdir. Kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulan kitablar uşaqlar tərəfindən maraqla qarşılanmışdır. Uşaqlar həmçinin nağıl otağının fəaliyyəti ilə tanış olmuşlar. Nağıl qəhrəmanlarının obrazları - "Tıq-tıq" xanım "Qoğal", "Məlikməmməd"lə tanışlıq onların böyük sevincinə səbəb olmuşdur. Uşaqlara, valideyinlərə yay tətilini səmərəli keçirmək üçün kitabxanaya üzv yazılmaq öz intellektual səviyyələrini artırmaq, mütaliə etmək tövsiyyə olunmuşdur. Uşaqlar nağıl qəhrəmanları Məlikməmmədin geyimi ilə şəkil çəkdirmişlər və Məlikməmməd kimi qəhrəman olmaq vətənini, elini qorumaqı arzu etmişlər.