Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
31 May , 2022
31.05.2022 -ci il tarixində Şirvan şəhər Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 3 saylı "Yasəmən körpələr evi-uşaq" bağçası ilə birlikdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Uşaqlar Gələcəyimizdir" adlı tədbir təşkil etmişlər. Tədbirdə 3 saylı Yasəmən körpələr evi-uşaq baxçasının müdiri Səfərova Elmira tərbiyəçi müəllimələr Cavadova Aynurə, Əhmədova Vüsalə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqqında məlumat vermişdir. Uşaqlar müxtəlif nağıl və rəqs nümunələri təqdim etmişlər. Mərkəzi kitabxananın əməkdaşları Alma Cəfərova, Mətanət Zərbəliyeva, Yeganə Nağdəliyevə, İlhamə İmanova uşaqlara aydın səma, sülh əmin-amanlıq arzuladılar. Kitabxanın fondunda olan kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulan kitablar və jurnallar haqqında məlumat vermişlər.