Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
26 May , 2022
26.05.2022-ci il tarixdə Şirvan şəhər Mərkəzi Kitabxasında Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyi münasibəti ilə Şirvan şəhər Mərkəzi Kitabxanasının facebook səhifəsində canlı yayım təşkil edilmişdir. Canlı yayımda Mərkəzi Kitabxananın uşaq şöbəsinin əməkdaşları Alma Cəfərova, Mətanət Zərbəliyeva, Əsmər Mirzəyeva şairin həyat və fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Mərkəzi Kitabxananın oxuculara xidmət şöbəsinin böyük kitabxanaçısı Yeganə Nağdalıyeva Mirzə Ələkbər Sabirin “ Daş qəlbli insanları neylərdin, ilahi?! ” şerini səsləndirmiş, kitabxanananın fəal oxucusu Nuray İmanova “Məktəbə tərğib” şerinin ucadan oxumuşdur. Canlı yayım izləyicilərin marağına səbəb olmuşdur.