Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
7 May , 2022
Sabirabad Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə keçirilən “Həftənin kitabı” layihəsi çərçivəsində Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən İsmayıl Şıxlının "Dəli Kür" həftənin kitabı seçilmişdir.
Janrına görə tarixi roman kimi düşünülsə də, əsərdə ailə-məişət məsələləri, xalqın adət-ənənələrinin təsviri də geniş yer tutur. Romanda hadisələr tipik bir Azərbaycan kəndi olan Göytəpədə baş verir. Əsərdə Sovet dövrünün qadağalarına baxmayaraq, yüksək təbəqənin təmsilçisi baş qəhrəman səviyyəsinə qaldırılmışdır. Romanda Azərbaycan təbiətinin füsunkar mənzərələri də gözəl bir şəkildə təsvir edilib və bu baxımdan romanın ikinci qəhrəmanı təbiətin özüdür.