Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
12 Oktyabr , 2021
Mənəfli Əli Misil oğlu 2001-ci ilin oktyabrın 12-də Şirvan şəhərində dünyaya göz açıb. 2007-ci ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub. 2018-ci ildə 9-cu sinfi bitirən Əli təhsilini Şirvan Peşə liseyində davam etdirib. 2019-cu ildə təhsilini başa vurub və oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-sindən başlayan Vətən müharibəsində Cəbrayılın, Füzulinin, Hadrutun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şücaət və cəsarət nümunələri göstərib. Noyabrın 14-də Şuşakənd yaxınlığında qəhrəmancasına şəhid olub. Qələbədən 4 gün sonra doğulub boya-başa çatdığı Şirvan şəhərində Şəhidlər Xiyabanında izdihamla dəfn edilib.
Ucaldığı müqəddəs şəhidlik məqamı ilə ölümünü ölümsüzləşdirən Əli Mənəfli torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Ruhunuz şad olsun,əziz Şəhidlər. Cənnətdəki ilk doğum günün mübarək olsun Şəhidim