Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
12 Oktyabr , 2021
Şəhid Röyal Məmmədov Misil oğlu 1990-cı il oktyabrın 12-də Şamaxı rayonunun Kürdəmic kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini başa vurduqdan sonra atasına kömək etmək məqsədilə onunla birlikdə müxtəlif yerlərdə fərdi işlə məşğul olub. Müharibə başlayanda isə könüllü olaraq döyüşlərə qatılıb.
Müharibə vaxtı bir sıra uğurlu əməliyyatlarda iştirak edən Röyal düşmənin canlı qüvvəsinin və texnikalarının məhv edilməsində fəal iştirak edib. Sonuncu dəfə Qubadlı uğrunda gedən döyüşlərdə ürəyindən güllə yarası alır və şəhadətə ucalır. Qəhrəman şəhidimiz oktyabr 24-də Şirvan şəhər Şəhidlər xiyabanında dəfn edilib.
Torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi igidlik və şücaət yüksək qiymətləndirilib. Şəhid əsgər Röyal Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına " və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.Şəhidlərimizin ruhlarına dualar oxunmuş,məzarları önünə gül dəstələri düzülmüşdür.Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına,hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq.Ruhunuz şad olsun, əziz Şəhidlər. Cənnətdəki ilk doğum günün mübarək olsun Şəhidim