Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
12 Oktyabr , 2021
Emil Tərlan oğlu Hümbətov 30 oktyabr 1992-ci ildə Şirvan şəhərində anadan olub. 1999-cu ildə Nofəl Quliyev adına Şirvan şəhər 9 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2008-ci ildə orta təhsilini peşə təhsili ilə davam etdirib. 2010-cu ildə Şirvan Peşə liseyini bitirən Emil Hümbətov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb, Daşkəsən rayonu N saylı hərbi hissədə xidmət edib. 2012-ci ildə General-mayor Polad Həşimovun rəhbərliyi ilə hərbi xidmətini ləyaqətlə başa vurduqdan sonra bir müddət Şirvan şəhərində işləyir. 2016-cı ildə işləmək üçün Türkiyə Respublikasına gedən Emil 4 ildən sonra 2020-ci ildə Vətəninə, ailəsinin yanına qayıdır. 2020-ci il Sentyabrın 21-də Vətəni qorumaq üçün cəbhəyə yollanır, topçu və manqa başçısı kimi xidmət göstərir. 11 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olur. Emil Hümbətov 12 oktyabr 2020-ci il tarixdə Şirvan şəhər Şəhidlər Xiyabanında izdihamla dəfn edilir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif olunmuşdur. Ruhu şad olsun!
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış,ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramımızı bildiririk.
.