Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Tədbirlər
10 Sentyabr , 2021
10 sentyabr 2021-ci il tarixində Şirvan şəhər Mərkəzi Kitabxanasının əməkdaşları 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda, Qarabağı erməni işğalçılarından azad edərək , bu yolda canından, qanından keçən şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidi XTQ-nin giziri Qəribov Asif Səxavət oğlunun doğum günü ilə əlaqədar Şirvan şəhər Şəhidlər Xiyabanını ziyarət etmişlər. Şəhidin ruhu anılmış, məzarı önündə dualar oxunmuş və gül dəstələri qoyulmuşdur.
Şəhidlərimiz bizim hər birimizin baş tacıdır, qürur mənbəyimizdir.Şəhidlər xiyabanı, şəhid məzarları bizim müqəddəs and yerimizdir. Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz! Sizi əsla unutmayacağıq, unutdurmayacağıq! Siz hər zaman qəlbimizdəsiniz! Haqqınızı halal edin. Amin! Cənnətdəki ilk doğum günün mübarək , əziz şəhidim!!!