Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
5 Aprel , 2021

Respublikamızın bütün bölgələrində olduğu kimi şəhərimizdə də koronavirus infeksiyasına (COVID-19) qarşı vaksinasiya prosesi uğurla davam etdirilməkdədir.
   “Azərbaycan Respublikasında Covid-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-də başlanan peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən, növbəti mərhələdə  yaşı 40 və 40-dan yuxarı şəxslərin "Covid-19" xəstəliyinə qarşı vaksinasiyasına start verilib.
   Bu gündən etibarən Şirvan Mərkəzi Xəstəxanasında 40 yaşdan yuxarı şəxslərin koronavirus infeksiyasına qarşı vaksinasiyasına başlanılıb.
   Qeyd edək ki, hazırda Şirvan şəhəri üzrə ümumilikdə 6887 nəfər COVİD-19 infeksiyasına qarşı peyvənd olunub. Onlardan 2229 nəfəri 65 yaşdan yuxarı, 3800 nəfəri 50-65 yaş arası və 858 nəfəri isə 50 yaşadək olan şəxslərdir.

   Mətbuat xidməti