Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS
Xəbərlər
31 Mart , 2021

12-30 mart 2021-ci il tarixlərində Şirvan Şəhər İcra Hakimiyyəti, şəhər Təhsil Şöbəsi və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumitəhsil məktəblərində təhlis alan V-IX sinif şagirdləri arasında ”31 Mart Qan yaddaşımızdır!" mövzusunda inşa-yazı müsabiqəsi keçirildi.
   Şagirdlər mövzuya uyğun yazdıqları inşa-yazıları şəhər Təhsil Şöbəsinin e-mail ünvanına və facebook səhifəsinin mesaj bölməsinə göndərməklə müsabiqədə iştirak ediblər. Təşkilatçılar tərəfindən yazı müsabiqəsini keçirməkdə məqsəd xalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхini öyrənmək və şagirdlərin Azərbaycan tarixi haqqında daha geniş biliklərə sahib olmalarına köməklik göstərməkdir.
   Müsabiqənin qalibləri münsiflər heyətinin seçimi əsasında müəyyən olunmuş və yekun qərarla 9 nömrəli tam orta məktəbin şagirdi Səbinə Abbaszadə, 5 nömrəli ümumi orta məktəbin şagirdi Fidan Hüseynzadə, 2 nömrəli tam orta məktəbin şagirdi Nəzrin Şahbazlı və 1 nömrəli tam orta məktəbin şagirdi Selcan Quliyeva I-IV yerlərə layiq görülüblər.
   Müsabiqənin qalibləri diplom və hədiyyələrlə təltif olunublar.

   Mətbuat xidməti