Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

Məlumat nəşrləri
Mirəhmədov Əziz Mirfeyzulla oğlu. Azərbaycan jurnalistləri və naşirləri: ensiklopediya
9 Yanvar , 2020
XIX-XX əsr “Azərbaycan jurnalistləri və naşirləri” ensiklopediyası bir elmi-tədqiqat institutunun, yaxud müəlliflər kollektivinin görə biləcəyi əzəmətli iş olsa da, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi professor Əziz Mirəhmədov bu işi təkbaşına görmüşdü. Görkəmli alimin 1940-cı illərdən 2000-ci ilin sonuna qədərki axtarışlarının və gərgin əməyinin bəhrəsi olan bu kitab 500 nəfərə qədər yazıçı, jurnalist və naşirin müxtəlif istiqamətli mətbuat orqanlarında, mətbəə və nəşriyyatlardakı əməyinin nəticələrini əhatə edən tam mətnin əlimizə çatan az bir qismidir. inam hissi ilə demək olar ki, bu ensiklopediya tələbələr, müəllimlər, elm, ədəbiyyat, kitab və mətbuat xadimləri ilə yanaşı, neçə-neçə tədqiqatçılar nəslini də məlumatlandıracaq, istiqamətləndirəcək, dərin axtarışlara sövq edəcək və əsərin təkmilləşdirilmiş ikinci nəşrinə yol açacaqdır.
Faylı yuklə