Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

Məlumat nəşrləri
Qasımov Mayis Ələkbər oğlu, Qədirova Gülər Sədrəddin qızı. Ədviyyat və yabanı tərəvəz bitkilərinin ensiklopediyası
9 Yanvar , 2020
Kitabda tropik və subtropik ölkələrin, eləcə də Azərbaycan florasının tərkibində yayılan 500 növə qədər ədviyyat və yabanı tərəvəz bitkilərindən hazırlanan qida məhsullarının iqtisadi əhəmiyyətindən, onların insan sağlamlığında oynadıqları rollardan geniş bəhs edilir. Əsərdə ədviyyat və yabanı tərəvəz bitkilərindən hazırlanan müxtəlif növ xərəklərin, şirə və səriııləşdiricilərin tərkibindəki vitaminlərin, zülalların, yağların, karbohıdıatlurın, makro- və mikro elementlərin maddələr mübadiləsinin normal gedişində oynadıqları rolların əhəmiyyətindən də geniş söhbət aparılır. Kitabda ədviyyat və yabanı tərəvəz bitkilərinin botaniki xarakteristikaları, yayılma arealları, kimyəvi tərkibləri, iştahaçıcı, hə/ımaxşılaşdırıcı xüsusiyyətlərindən geniş söhbət açmaqla yanaşı, onların toplanması, istifadə olunma və saxlanma qaydaları, əkilib becərilmə üsulları haqqında da geniş elmi pıaktıki məlumatlar da verilir. Bundan başqa kitabda müəlliflərin ədviyyat və yabanı tərəvəz bitkilərindən hazırlanan 1000-dən artıq yeni-yeni qida məhsulları və müalicə preparatları haqqında ilk dəfə olaraq maraqlı məlumatları da öz əksini tapmışdır.
Faylı yuklə