Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

Mədəniyyət. Elm. Maarif
Yadigarov Təbriz Abdulla oğlu. Əməliyyatlar tədqiqi və ekonometrik məsələlərin MS Excel və Eviews proqram paketlərində həlli: nəzəriyyə və praktika
12 Noyabr , 2019
Kitabda iqtisadi-riyazi modellərin müxtəlif üsulrın köməyi ilə qurulması, onların MS Excel və Eviews proqram paketlərində həll texnologiyaları verilmişdir. Kitabda əməliyyatlar tədqiqi, o cümlədən xətti proqramlaşdırma məsələsi, xətti proqramlaşdırmada qoşmalıq, onların Simpleks metodla həlli, nəqliyyat və sahələrarası balans məsələsi və onun həlli, iqtisadi sistemin göstəriciləri arasındakı əlaqə tənliyinin qurulması və qiymətləndirilməsi məsələləri nəzəri baxımdan yığcam şəkildə izah edilərək, MS Exceldə həlli texnologiyları göstərilmişdir. Kitabda Dəniz nəqliyyat Donanması gəmilərindən anbarlara daşınan yüklərin optimallaşdırılması üzrə səmərəli yükaşırma planının tərtib edilməsinin, həmçinin müxtəlif yüklərin emalında liman yanalma körpülərinin, investisiya qoyuluşlarının səmərəliliyinin artırılması məsələlərinin iqtisadi–riyazi modelləri qurulmuş və modelə daxil olan dəyişənlər MS Exceldə Solverin və Simplexvin 3.1 proqram paketinin tətbiqi ilə təyin edilərək müvafiq qiymətləndirmələr aparılmışdır. Sahələrarsı balansın xətti iqtisadi-riyazi modelinin Exceldə həlli zamanı istehsal sahələrində istehsal edilmiş məhsulların istehlak sahələrində istehlakı üzrə xərc matrisi üzrə tərs matrisin MS Exceldə tapılması texnologiyası praktiki məsələ üzərində izah edilməklə onun elementləri hesablanmış və bütövlükdə matrislər üzərində əməliyyatların texnologiyası tam izah edilmişdir. Həmçinin, MS Excel və EViews tətbiqi proqram paketindən istifadə edərək iqtisadi göstəricilər arasındakı əlaqə tənliyinin qurulması, modelin adekvatlığının yoxlanılması və alınmış nəticələrin təhlili texnologiyası izah edilməklə bərabər, ARDSK-nin məlumatları əsasında bəzi praktiki məsələlərin həlli yolları göstərilmişdir. Kitabın materialları Ali məktəblərdə “Ekonometrika”, “İqtisadi informatika”,“Statistika”, “Gömrük ststistikası və informasiya texnologiyaları”, fənlərinin tədrisində, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-i, Azərbaycan Beynəlxalq Dəniz Ticarət Limanını, iqtisadi araşdırmaların aparılması, həmçinin tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Faylı yuklə