Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

Hüquq. Hüquq elmləri
Seyranov Xamis Rəşad oğlu.Məhkəmə presedentləri mülki hüququn mənbəyi kimi: nəzəriyyə və təcrübə
17 İyul , 2019
Kitab şəklində təqdim edilən monoqrafiyada presedent hüquq ideologiyasına əsaslanan presedent hüquq nəzəriyyəsi, onun elmi modelləri, presedentlərin mülki hüquqda yeri və rolu, onların məhkəmələr tərəfindən təcrübədə tətbiqi ilə bağlı nəzəri tədqiqata yer verilmişdir. Özünün elmi əsaslandırılmış arqumentləri və müvafiq praktik əhəmiyyəti ilə aktuallıq kəsb etməklə, monoqrafiyada presedent hüququ üzrə beynəlxalq və milli hüquq ədəbiyyatında mövcud fikir müxtəlifliyinə, müxtəlif dövlətlərin qanunvericilik və məhkəmə təcrübəsinə əhatəli şəkildə müraciət edilmişdir. Kitab tələbələr, tədqiqatçılar, hakim, vəkil, hüquqşünaslar, həmçinin məhkəmə fəaliyyəti və hüquq nəzəriyyəsi ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.
Faylı yuklə