Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

Hüquq. Hüquq elmləri
Süleymanlı Sima Azər qızı. Mədəni irsin qorunmasının beynəlxalq-hüquqi tənzimlənməsi problemləri və Azərbaycan Respublikasının qanunvericiliyi
17 İyul , 2019
Sima Azər qızı Süleymanlı 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2007-ci ildə orta məktəbi bitirmişdir. 2011-ci ildə Bakı Dövlət Universiteti Hüquq fakültəsinin bakalavriat pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2011-2012-ci illərdə Böyük Britaniyanın Vorvik Universitetində hüquq üzrə magistr dərəcəsi almışdır. 31 may 2017-ci ildə Bakı Dövlət Universiteti nəzdindəki FD.02.013 Dissertasiya şurasında fəlsəfə doktoru proqramı üzrə dissertasiya işini müdafiə etmiş və hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Azərbaycan Respublikası, Gürcüstan, Rusiya Federasiyası və Qazaxıstanın müxtəlif nüfuzlu elmi jurnallarında azərbaycan, ingilis və rus dillərində 16 elmi məqaləsi dərc edilmişdir. 2 monoqrafiyanın müəllifidir. Sayca üçüncü olan bu kitabda müasir dövrdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən mədəni irsin qorunmasının beynəlxalq-hüquqi tənzimlənməsi problemindən bəhs olunur. Bu problem Azərbaycan Respublikasının qanunvericiliyi ilə qarşılıqlı münasibətlər müstəvisində tədqiq edilir. Kitabda mədəni irsin qorunmasının beynəlxalq-hüquqi tənzimlənməsinin beynəlxalq və dövlətdaxili-hüquqi əsasları, ümumi və xüsusi-hüquqi xüsusiyyətləri, maddi və prosessualhüquqi aspektləri araşdırılır. Kitab mədəni irsin təbliği və marifləndirmə işinin təşkili istiqamətində geniş oxucu kütləsi üçün, hüquq, mədəniyyətşünaslıq və turizm ixtisası üzrə təhsil alan tələbələr, peşəkar hüquq fəaliyyəti ilə məşğul olan, mədəniyyət və turizm sahəsində çalışan şəxslər üçün əhəmiyyətli bir vəsaitdir..
Faylı yuklə