Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

A
Azərbaycanın xarici siyasəti: sənədlər məcmuəsi: 2011: I hissə
12 İyul , 2019
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Azərbaycanın xarici siyasəti: Sənədlər məcmuəsi”nin silsilə nəşrini davam etdirir. Məcmuənin Məcmuənin növbəti buraxılışı 2011-ci ildə Azərbaycan diplomatiyası və xarici siyasətinin ən vacib sənədlərini əhatə edir. Buraxılışın böyük hissəsini AzərTAc və digər mənbələrdə nəşr edilmiş rəsmi sənəd və materiallar təşkil edir. Onların bir nəşrdə cəmləşdirilməsi Azərbaycanın bu dövrdəki xarici siyasətini daha dolğun göstərməyə imkan verir. Kitabın ərsəyə gəlməsindəki köməklərinə görə AzərTac-ın bütün kollektivinə minnətdarlığımızı bildiririk. Bir sıra materiallar ilk dəfə olaraq təqdim edilir. Sənədlər xronoloji ardıcıllıqla nəşr edilmişdir. Məcmuə beynəlxalq münasibətlər sahəsində praktiki və elmi işçilər, həmçinin diplomatiya, xarici siyasət və beynəlxalq hüquq tarixi ilə maraqlanan şəxslər üçün faydalı ola bilər.
Faylı yuklə