Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

Tarix. Tarix elmləri
Məmmədova Səadət Davud qızı. Sosial dövlət modelləri
14 May , 2019
Monoqrafiyada sosial dövlət dövlət idarəçiliyində yeni mərhələ kimi əsaslandırılır. Kitabda sosial dövlətin idarəetmə prinsipləri, funksiyaları və mexanizmləri haqqında məlumat verilir, sosial dövlət subyektləri arasındakı münasibətlərin təməl əsası kimi sosial məsuliyyət və sosial əməkdaşlıq məsələləri, sosial yönümlü bazar iqtisadiyyatının inkişaf istiqamətləri araşdırılır. Burada dünya sisteminin böhranı ilə əlaqədar sosial dövlətin təkamül prosesi analiz edilir. Monoqrafiyada sosial dövlətin liberal modeli, kooperativ-konservativ sosial dövlət modeli, sosial dövlətin sosial demokratik modeli və bu modellərə uyğun olaraq, ABŞ, BB, Yaponiya, Almaniya, İsveç dövlətlərinin inkişaf istiqamətləri təqdim edilir. Kitabda sosial dövlətin Azərbaycan modelinin əsaslarıaraşdırılır. Monoqrafiya sosial dövlətin inkişafının əsasları ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur. Əsər sosial dövlətin araşdırılması ilə bağlı elmi-tədqiqat işlərində, xüsusi kursların hazırlanmasında, ali məktəblərdə müvafiq fənlərin tədrisi zamanı istifadə edilə bilər.
Faylı yuklə