Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

Hüquq. Hüquq elmləri
Gözəlov Pərvin Fəxrəddin oğlu.Naxçıvan xanlığına məxsus üç bayraq
7 May , 2019
Oxuculara təqdim olunan kitab-albomda Pərvin Gözəlovun elmi-tədqiqatları nəticəsində, xarici muzeylərdə saxlanılan Naxçıvan xanlığına məxsus üç bayraq haqqında tam məlumat verilir. Aşkar edilmiş bayraqlar Naxçıvan xanlığının siyasi-ideoloji sistemi ilə əlaqədardır. Bayraqların təsvirlərini təhlil edərək, belə qənaətə gəlinir ki təqdim olunan üç bayrağın tərtibatı, üzərində əks edilən yazılar, istifadə olunan rəmzlər və rənglər, bayrağa sahib olan Naxçıvan xanlığının siyasi, ideoloji, dini və tarixi mədəni ənənələrini əks etdirir. Naxçıvan xanlığının bayraqlarının üzərində əks olunmuş rəmzləri digər xanlıqların bayraqları ilə çox dəqiqliklə təhlil və müqaisə ediləndə görünür ki, tək Naxçıvan xanlığının bayrağında Azərbaycanın tarixi rəmzləri və ənənələri istifadə edilib. Naxçıvan xanlığının bayraqlarının elmi tədqiqatı nəticəsində belə qənaətə gəlinir ki, Naxçıvan xanlığının bayraqları, tarixi dövlətçilik ənənələrinə və tarixi rəmzlərinə əsaslanaraq tərtib edilmişdi və Naxçıvan xanlığı ideoloji baxımdan möhkəm, tarixi ənənələrə, köklərə bağlı dövlət qurumu kimi fəaliyyət göstərib. Azərbaycanın tarixi bayraqların öyrənilməsi və nəticələrinin təbliği, Azərbaycanın dövlətçilik ənənələrinin dərin köklərinin əyani sübutudur. Bu istiqamətdə aparılan elmi tədqiqatlar, vətəndaşlar və xüsusən gənclər arasında vətənpərvərlik hissinin güclənməsinə, Azərbaycan barədə doğru olmayan məlumatlar yayanlara, əks təbliğat aparanlara qarşı mübarizəyə və Azərbaycanın qədim dövlətçilik ənənələrinin təbliqinə xidmət edəcəkdir. Ml Xalqımız böyük xalqdır. Böyük tarixə, böyük mədəniyyətə malik olan xalqdır. Bu mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu xalqımıza nə qədər dərindən anlatdıra bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik hissini, vətəndaşlıq hissini, azərbaycanlılıq hissini yüksəldərik. ^Azerbaycan xalqının ümummilli lideri i~leyder cPlirza ogln cPliyev Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
Faylı yuklə