Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

Folklor. Folklorçuluq
Cəfərsoy İlhami. İber və H’Ay folklorunda türk mifik təfəkkürünün izləri
23 Aprel , 2019
Monoqrafiya iber və h’ay adı altında gizlədilən türk etnoslarının folkloruna, dilinə və etnik tarixinə həsr olunmuşdur. Əsərdə sübuta yetirilir ki, iber dili indiki gürcülərin, h’ay dili indiki ermənilərin dili deyildir. İberlər və h’aylar iltisaqi dilli olub, Azərbaycan və Anadolu türklərinin qan qohumlarıdır. Kartli çarı VI Vaxtanqın zamanında Albaniya və İberiyanın ayrı-ayrı qəbilə-tayfa dillərində yazılmış salnamələri gürcü dilinə tərcümə olunmuş, sonra sənədlərin ilkin nüsxələri məhv edilmişdir. Eyni qayda ilə ermənilər qıpçaq, bulqar, xəzər dillərində yazılmış ədəbi-tarixi nümunələri öz dillərinə çevirib, orijinalları yandırmışlar. Həmin mənbələr Karaman, Sulaq, Şirin, Qorq Aslan dastanı, Şuşanikin iztirabları və başqalarıdır. Nəticə olaraq bildirilir ki, erməni və gürcü alimləri, şairləri kimi təqdim olunan Çorlu Yaqub, Anania Şirakatsi, Mxitar Aneli, Aleksandr Saracişvili, Nodar Çolakaşvili, Şota Uruztaveli və b. bizim xristian soydaşlarımızdır.
Faylı yuklə