Şirvan şəhər Mərkəzi kitabxanası

Şirvan şəhər MKS

Texnika. Texniki elmlər
Mürşüdli Ç. , Məmmədov Q. İstilik aparatları
13 Fevral , 2019
İstilikötürmənin nəzəri məsələləri araşdırılmış, istilik mübadiləsi aparatlarının təsnifatı, konstruksiyaları, onların texnoloji, konstruktiv, mexaniki və hidravliki hesablamaları, effektivliklərinin yüksəldilməsi məsələlərinə baxılmışdır. Borulu sobaların təsnifatı və konstruksiyaları verilmiş, müasir sobalara irəli sürülən ekoloji və təhlükəsizlik tələbləri və onların həlli yolları üzərində dayanılmışdır. Sobanın radiasiya və konveksiya bölmələrinin istilik-texnoloji hesablamaları aparılmış, ilanvarı boruların hidravliki hesabı və sobada sorma məsələləri, istismarının enerji effektivliyi və təkmilləşdirilməsi istiqamətləri işıqlandırılmışdır. Nəzəri materialların dərindən mənimsənilməsi və alınmış biliyin möhkəmləndirilməsi üçün məsələlər həlli verilmişdir. Soraq xarakterli məlumatlar əlavələrdə öz əksini tapmışdır. Dərslik 050625 və 060625 – “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi”, 050641 və 060641 – “Kimya nühəndisliyi” ixtisasları üzrə bakalavr və magistr pillələrində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. İstehsalatda və elmi-layihə müəssisələrində işləyən mütəxəssislər üçün də faydalı ola bilər. Kitabda 19 cədvəl, 170 şəkil verilmiş və 27 adda ədəbiyyatdan istifadə edilmişdir.
Faylı yuklə